Kitabxanası
line decor
 / Kitabxana haqqında / Kitabxananın tarixi /E-kitabxana/ E-kataloq / Normativ sənədlər / Metodik vəsaitlər/Tədbirlər/
line decor
 
 
 
 

Kitabxana haqqında

MKS-də aşağıdakı şöbələr var:
1. “Xidmət” şöbəsi
2. “Oxu zalı” şöbəsi
3. “Təşkilati-metodika” şöbəsi
4. “Komplektləşdirmə,kitabişləmə və kataloqlaşdırma “ şöbəsi
5. “Vahid fondun təşkili və kitabxanalar arası abonement” şöbəsi
6. “Məlumat- biblioqrafiya” şöbəsi

İl ərzində MKS öz fəaliyyətini əsasən kitabxana fondlarının komplektləşdirilməsi, əhalinin kitabxanaya cəlb olunması, oxucularla xidmətin səviyyəsinin yaxşılaşdırılması, kitab təbliğinin gücləndirilməsi, əlamətdar və tarixi günlərin, şair və yazıçıların yubileylərinin qeyd edilməsi istiqamətində qurmuşdur.
MKS-də fəaliyyət göstərən bütün kütləvi kitabxanalarda Respublikamızda baş verən ictimai-siyasi, iqtisadi yeniliklər təbliğatın əyani və şifahi formaları ilə oxuculara çatdırılmış, mövcud kitab fondu onların ixtiyarına verilmişdir.
Əhalinin kitabxanaya cəlb olunması məqsədilə kitabxana işçiləri müxtəlif idarə və təşkilatlarda, məktəblərdə olmuş, söhbətlər aparmış, kitabxana fondları haqqında əhalini məlumatlandırmışlar.
Kitab təbliği məqsədilə kitabxanalarda müxtəlif əyani və şifahi tədbirlərin keçirilməsinə xüsusi diqqət verilir. İlk növbədə Respublika Prezidentinin sərəncamı ilə nəşr olunaraq hədiyyə edilən kitabların təqdimat mərasimləri keçirilir, yeni kitablara, əlamətdar və tarixi günlərə, yubileylərə həsr olunmuş geniş sərgilər tərtib edilir.
2009-cu ildə Mərkəzi kitabxana filiallarında 20 yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun olaraq kitab, qəzet və fotolardan ibarət sərgilər, guşələr, stendlər təşkil edilmişdir. Anma mərasimləri keçirilmiş, tövsiyə ədəbiyyat siyahıları, biblioqrafik məlumatlar hazırlanmışdır. “Tarixin qan yaddaşı”, “Qanlı yanvar”, “Əsrə bərabər gecə”, “Şəhidlər unudulmur”, “Qanlı fevral” mövzularında xatirə tədbirləri keçirilmişdir. “31 mart azərbaycanlıların soyqırımı günüdür” adlı ədəbi-bədii kompozisiya, 28 may ADR-nin yaradılması günü münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Azərbaycan Xalq Cumhuriyyəti” adlı ədəbi-bədii gecə, oxucu konfransları və məruzələr, 15 iyun Qurtuluş günü münasibətilə “Möhtəşəm qayıdış”, “Xalqın xilaskarı ” adlı məruzə və söhbətlər keçirilmiş, kitab və fotosərgilər təşkil olunmuşdur.
2 fevral gənclər günü münasibətilə “Müasir dövrün gəncləri” mövzusunda ədəbi-bədii gecə, “Gənclər gələcəyimizdir” mövzusunda oxucu konfransları, 21 fevral “Ana dili günü” ilə əlaqədar oxucularla söhbət, “Mənim doğma dilim” mövzusunda oxucu konfransı keçirilmişdir.
Aprel ayında narkomanlığın yayılması, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə məqsədilə Mərkəzi kitabxanada “Narkomanlıq gəncliyin düşmənidir” mövzusunda informasiya günü keçirilmişdir. “Ağ olümə qarşı mübarizə” mövzusunda məruzə oxunmuşdur.
9 may Faşizm üzərində tarixi qələbənin 64-cü ildönümü münasibətilə Mərkəzi kitabxana və filiallarda “Qəhrəmanlar unudulmur” , “Yazılsın tarixə bir qızıl xətlə” adlı ədəbi-bədii gecələr , anma mərasimləri, veteranlarla görüşlər keçirilmiş, kitab və foto sərgilər təşkil olunmuşdur.
Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin 86 illik yubileyi ilə əlaqədar Mərkəzi kitabxanada “Silinməz izlər” adlı tədbir keçirilmiş kitab sərgiləri təşkil olunmuşdur.
Uşaqları beynəlxalq müdafiə günü ərəfəsində A.Səhhət adına Şəhər Uşaq kitabxanasında “Uşaqlar gələcəyimizdir” adlı səhərcik keçirilmişdir.
Bundan başqa 2009-cu il ərzində Nəcəf bəy Vəzirovun 115 illiyi ilə əlaqədar oxucu konfransı ,H.Ziyanın anadan olmasının 80 illiyi ilə əlaqədar təmsillərindən ibarət səhərcik , “15 sentyabr bilik günüdür” mövzusunda ədəbi-bədii gecə,qəzəlxan şair Əliaga Vahidin anadan olmasının 115 illiyi münasibətilə şeir gecəsi, yazıcı dramaturq C.Məmmədquluzadənin anadan olmasının 140 illiyi münasibətilə oxucu konfransı,C.Cabbarlının 110 illiyi, A.Səhhətin 135 illiyi münasibətilə müxtəlif tədbirlər kecirilmiş kitab sərgiləri təşkil olunmuşdur.
Mərkəzi kitabxana və kitabxana filiallarında Ekologiyaya dair “Azərbaycana səyahət” adlı sərgi təşkil edilmişdir.
MKS-nin Təşkilati-metodika şöbəsi tərəfindən kənd kitabxana filiallarına metodiki köməklik göstərmək məqsədilə vaxtaşırı olaraq yerlərə gedişlər təşkil olunmuş , yerindəcə kitabxanaçılara metodiki məsləhətlər verilmişdir.
Mərkəzi kitabxanada təşkil edilmiş “Avstriya guşəsi” ndə Avstriyadan kitabxanamıza hədiyyə edilən kitablar sərgidə nümayiş olunur. Sərgi oxucuların marağına səbəb olmuşdur.
Şamaxı rayon Mərkəzi kitabxanasında Kitabxana İnformasiya Mərkəzi fəaliyyət göstərir. Kitabxanada 10 ədəd kompüter dəsti. Kseroks aparatı var.
Mərkəzi kitabxana Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına alınan İRBİS-64 avtomatlaşdırılmış elektron kataloqla işləyir. Bu günə kimi 50 min nüsxədən artıq kitab elektron kataloqa daxil edilmişdir. Bu sahədə işimiz davam edir.
Mərkəzi kitabxana müntəzəm olaraq dövrü mətbuatla təmin olunur. “Mədəniyyət”, “Yaddaş” qəzetlərinə, “Mədəni-Maarif işi ” və “Körpəm” jurnalına abunə yazılmışdır.



Bizimlə əlaqə:

Ünvan: – Şirvani küçəsi – 5
Telefon: - 0176-5-25-63
Email: - shamakhy@cls.az

Direktor: Xələfov Ərəsdun Qələm oğlu

 
 

Reklam bannerləri